Azərbaycanda rayon təhsil şöbəsinin rəhbərliyinə cinayət işi açılıb

Azərbaycanda rayon təhsil şöbəsinin rəhbərliyinə cinayət işi açılıb Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Elm və təhsil
15 Sentyabr , 2014 12:34
Azərbaycanda rayon təhsil şöbəsinin rəhbərliyinə cinayət işi açılıb
Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın Abşeron rayon təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Təhsil şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəb direktorlarına qanunsuz göstərişlər verərək rayonda fəaliyyət göstərən orta məktəblərdə 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi