AzTU rektoru universitetin mövcud problemlərini açıqladı

AzTU rektoru universitetin mövcud problemlərini açıqladı “Artıq bir olar ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru kimi çalışıram. Bu müddət ərzində ali təhsil ocağında müəyyən həll olunması problem var idi. Misal olaraq, universitetdə əsas problemlər instusional, təşkilati, qeyri-səmərəli problemlə
Elm və təhsil
1258
21 İyul , 2020 12:12
AzTU rektoru universitetin mövcud problemlərini açıqladı

“Artıq bir il olar ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru kimi çalışıram. Bu müddət ərzində ali təhsil ocağında müəyyən həll olunası problem var idi. Məsələn, universitetdə əsas problemlər instusional, təşkilati, qeyri-səmərəli problemlər idi”.

“Report” xəbər verir ki, bu fikirləri AzTU-nun rektoru Vilayət Vəliyev mətbuat nümayəndələri ilə onlayn görüşdə deyib.

Onun sözlərinə görə, AzTU-da akademik və inzibati struktur kifayət qədər şişmiş vəziyyətdə idi, yəni daha çox qeyri-effektiv şəkildə formalaşmışdı: “Hətta Azərbaycanda orta səviyyədə texniki uiversitetlərlə müqayisədə həm inzibati, həm də akademik struktur kifayət qədər böyük görünür. Tədrisin keyfiyyəti və qiymətləndirilməsində də ciddi problemlər var idi. Bunlar tələbə-müəllim münasibətlərinin də kifayət qədər normal olmadığına işarədir. Səmərəlilik göstəriciləri digər universitetlərlə müqayisədə aşağıdır. İllik qəbulun səviyyəsinə baxılanda həm bakalavr, həm də magistratura səviyyəsində təxminən 28 faizə qədər qəbul planı ortada olmayıb”.

Rektor bildirib ki, universitet kifayət qədər ciddi müəllim potensialına malikdir, onlar həm qocaman, həm orta yaşlı, həm də cavan müəllimlərdir: “Düşünürəm ki, Texniki Universitetdə müəllim heyətinin də imkanlarından optimal istifadə edilməsilə bağlı problemlər var. Tədqiqat, tədris və bunların sənayeyə inteqrasiyası ilə bağlı universitetdə ciddi problemlər var. Bunları da həll etməliyik. Bu istiqamətdə problemlərin həlli ilə bağlı bir il ərzində ilkin sağlamlaşdırma hədəfləri var. Bu məsələ istiqamətində olan işlər qısamüddətlidir. Hazırda uzunmüddətli proqram hazırlayırıq, yekunlaşmaq üzrədir. Gələn ildən uzunmüddətli hədəflərə istiqamətlənmiş planların icrasına başlanılacaq”.

Son xəbərlər

Orphus sistemi