AzTU-nun rektoru imtahan prosesini izləyib

AzTU-nun rektoru imtahan prosesini izləyib Azərbaycan Texniki Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası keçirilir.
Elm və təhsil
8 Yanvar , 2020 16:11
AzTU-nun rektoru imtahan prosesini izləyib

Azərbaycan Texniki Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası keçirilir.

Universitetdən "Report"a verilən məlumata görə, imtahanlar yazılı və test formalarında aparılır.

Auditoriyalarda imtahanın gedişini izləyən rektor Vilayət Vəliyev tələbələrlə söhbət edib, onların problemləri ilə maraqlanıb.

Yanvarın 7-dən başlayan, fevralın 7-dək davam edəcək sessiya imtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.

Son xəbərlər

Orphus sistemi