Azərbaycanlı tanınmış alim Moskvada vəfat edib - FOTO

Azərbaycanlı tanınmış alim Moskvada vəfat edib - FOTO O, 50-dək patentin sahibidir
Elm və təhsil
31 Avqust , 2016 15:22
Azərbaycanlı tanınmış alim Moskvada vəfat edib - FOTO

Moskva. 31 avqust. REPORT.AZ/ Neft-qaz sahəsində tanınmış azərbaycanlı alim Əlibayram Abdulzadə 80 yaşında Moskvada dünyasını dəyişib.

“Report”un Rusiya bürosu xəbər verir ki, alim ailəsinin istəyi ilə Moskvada dəfn olunub.

Qeyd edək ki, professor Əlibayram Abdulzadə vəfat edənədək Ukraynanın İvano-Frankovsk Neft və Qaz Universitetinin Texniki elmlər kafedrasının rəhbəri işləyib. O, Moskvaya orada yaşayan ailəsini ziyarətə gedibmiş.

Əslən Azərbaycanın Şamaxı şəhərindən olan alim keçmiş SSRİ və müstəqillik dövrü ərzindəki fəaliyyəti ərzində neft-qaz, həmçinin kənd təsərrüfatı texnologiyası sahəsində 50-dək patentə yiyələnib.

Son xəbərlər

Orphus sistemi