Azərbaycanlı məktəblilər beynəlxalq fənn olimpiadalarında 28 medal qazanıblar

Azərbaycanlı məktəblilər beynəlxalq fənn olimpiadalarında 28 medal qazanıblar Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib
Elm və təhsil
31 Avqust , 2017 12:16
Azərbaycanlı məktəblilər beynəlxalq fənn olimpiadalarında 28 medal qazanıblar
Report

Bakı. 31 avqust. REPORT.AZ/ 2016-2017-ci tədris ilində azərbaycanlı məktəblilər müxtəlif beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 4 gümüş, 23 bürünc olmaqla 28 medal qazanıblar.

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dünyanın nüfuzlu bilik olimpiadaları riyaziyyat, fizika, kimya, informatika və digər fənlər üzrə keçirilib.

49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub.

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi