Azərbaycanlı gənclər üçün yeni məlumatlandırıcı videoçarx hazırlanıb - VİDEO

Azərbaycanlı gənclər üçün yeni məlumatlandırıcı videoçarx hazırlanıb - VİDEO Videoçarx insanların iqtisadiyyatın dəyərli bir resursu olmasından bəhs edir
Elm və təhsil
310
21 Noyabr , 2014 17:23
Azərbaycanlı gənclər üçün yeni məlumatlandırıcı videoçarx hazırlanıb - VİDEO

Bakı. 21 noyabr. REPORT.AZ/ INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi gənclər üçün yeni məlumatlandırıcı videoçarx hazırlayıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzin yaydığı məlumatda bildirilir. Videoçarx insanların iqtisadiyyatın dəyərli bir resursu olmasından bəhs edir və insan kapitalı haqqında geniş məlumat verir.

“İnsan Kapitalı anlayışının hansı meyarları özündə cəmləşdirdiyi və əhəmiyyətini əsaslandıran bu tipli sosial çarxlar məhz gənclərimizin məlumatlandırılmasına xidmət edir və Mərkəz tərəfindən davamlı şəkildə hazırlanacaq”, - İNDEX-dən bildirilib.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında qurulmuş və birillik fəaliyyəti zamanı azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olan AzeDer yeni tədris ilindən etibarən INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi olaraq fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi