Azərbaycanla Qətər arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub

Azərbaycanla Qətər arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub Təhsil naziri Mikayıl Cabbarov Dohaya səfər edib
Elm və təhsil
122
24 May , 2016 11:08
Azərbaycanla Qətər arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Qətərə səfər edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər Qətər əmirinin bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində əldə olunan razılığa əsasən və səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilib.

Səfəri çərçivəsində M.Cabbarov Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. M.Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil islahatları barədə qətərli həmkarına ətraflı məlumat verib.

Daha sonra təhsil naziri Qətər Universiteti və Həməd bin Xəlifə Universitetini ziyarət edərək hər iki ali təhsil müəssisəsinin prezidentləri ilə görüşüb. Görüşlər zamanı təhsil sahəsində əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinin, birgə elmi tədqiqatların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində təhsil naziri Qətər Fondu və “Təhsil Şəhəri”nə də gedib. Nazirə Qətərin təhsil sahəsindəki nailiyyətləri, həyata keçirilən bir sıra layihələr haqqında məlumat verilib. 

Sonda M.Cabbarov “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini yazıb. 

Son xəbərlər

Orphus sistemi