Azərbaycanla Kolumbiya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kolumbiya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub Kolumbiyalı diplomat Bakı Slavyan Universitetinin qonağı olub
Elm və təhsil
20 Fevral , 2015 20:28
Azərbaycanla Kolumbiya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Kolumbiyanın Azərbaycanda fəaliyyətə başlayan səfirliyinin müvəqqəti işlər üzrə vəkili Assad Jose Jater Penanı qəbul edib. 

BSU-dan "Report"a verilən məlumata görə, qonağı universitetdə görməkdən şad olduğunu bildirən rektor görüş çərçivəsində BSU-nun yaranma tarixi, tədris prosesi, burada fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, habelə ali təhsil müəssisəsinin xarici universitetlərlə əlaqələrindən söhbət açıb. 

A.Hacıyev Azərbaycanda yeni açılan Kolumbiya səfirliyinin hər iki ölkə arasında əlaqələrin inkişafında, xüsusilə təhsil sahəsində səmərəli rol oynayacağını vurğulayıb. Rektor BSU-nun Kolumbiya universitetləri ilə əməkdaşlığa hazır olduğunu, Azərbaycanşünaslığın bu ölkədə təbliğinə və tədrisinə dəstək olacağını qeyd edib.

A.J.J.Pena Kolumbiya səfirliyinin Qafqaz regionunda məhz Azərbaycanda açılmasının hər iki ölkənin mədəni, ictimai və siyasi sahələrdə əlaqələrinin genişlənməsinə yüksək təsir göstərəcəyini dilə gətirib. Qonaq təhsil sahəsindəki əlaqələrin əhəmiyyətinə də toxunaraq bildirib ki, qabaqcıl təhsil müəssisələrindən olan Bakı Slavyan Universiteti ilə Kolumbiya universitetlərinin əlaqələrinin qurulmasına böyük önəm verir. O bu əlaqələrin iki ölkəni bir-birinə daha da yaxınlaşdıracağına əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi