Azərbaycanla İran arasında birgə tədqiqatların aparılması məsələsi müzakirə olunub

Azərbaycanla İran arasında birgə tədqiqatların aparılması məsələsi müzakirə olunub Elmar Məmmədyarov İran xarici işlər nazirinin müavinini qəbul edib
Elm və təhsil
10 Fevral , 2015 19:00
Azərbaycanla İran arasında birgə tədqiqatların aparılması məsələsi müzakirə olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin müavini, XİN-nin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpuru qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, Hadi Süleymanpur Azərbaycana səfərindən məmnun olduğunu qeyd edərək, "ADA" Universiteti ilə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdırıb.

O, "ADA" Universitetinin Azərbaycan və bütün region üçün əhəmiyyətli təhsil və təlim müəssisəsi olduğunu bildirib.

E.Məmmədyarov "ADA" Universiteti ilə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzi arasında imzalanmış anlaşma memorandumunun təhsil və təlim sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırıb.

Görüşdə tələbə mübadiləsi, birgə tədqiqatların aparılması və elmi konfransların keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.      

Son xəbərlər

Orphus sistemi