​Azərbaycanın üç universiteti Avropanın və Asiyanın inkişaf edən ölkələrinin reytinqinə daxil olmuşlar

​Azərbaycanın üç universiteti Avropanın və Asiyanın inkişaf edən ölkələrinin reytinqinə daxil olmuşlar Britaniyanın Quacquarelli Symonds (QS) kompaniyasının tərtib etdiyi Avropa və Mərkəzi Asiyanın inişaf edən ölkələrini
Elm və təhsil
17 Dekabr , 2014 12:21
​Azərbaycanın üç universiteti Avropanın və Asiyanın inkişaf edən ölkələrinin reytinqinə daxil olmuşlar

Bakı. 17 dekabr. REPORT.AZ/ Britaniyanın Quacquarelli Symonds (QS) kompaniyasının tərtib etdiyi Avropa və Mərkəzi Asiyanın inkişaf edən ölkələrinin reytinqini açıqlamışdır. "Report" xəbər verir ki, reytinqə Azərbaycanın üç universiteti daxil olmuşdur. Bunlar Bakı Dövlət universiteti, Qafqaz universiteti və Xəzər universitetləridir. Hər üç universitet reytinqin yeddinci onluğunda yerləşmişlər.

QS-nin versiyasına görə Lomonosov adına Moskva Dövlət universiteti siyahıya liderlik edir. Birinci onluğa həmçinin Varşava universiteti (Polşa), Estoniyanın Tartu universiteti, Çexiyanın Praqa texniki universiteti, Sankt-Peterburq dövlət universiteti, Yagellon universiteti (Polşa), Yaxın şərq texniki universiteti (Türkiyə) və Çexiyanın Masarik universitetləri də daxil olmuşlar. Universitetlərin yeni reytinqi Avropa və Mərkəzi Asiyanın inkişaf edən 30 ölkəsini əhatə edir. Reytinqə daxil olan Avropa və Mərkəzi Asiyanın inkişaf edən ölkələrinin ali məktəblərinin qiymətləndirilməsi işə təyin edənlərin nüfuzuna, xarici tələbələrin sayına, elmi dərəcəsi olan əməkdaşların sayına, internet resurslarının mövcudluğuna və professor-müəllim heyətinin dərc olunmuş elmi əsərlərinə görə müəyyən edilmişdir. Quacquarelli Symonds reytinqləri aparıcı alimlərin də iştirak etdiyi Beynəlxalq məşvərət şurası ilə birgə tərtib edir.

Son xəbərlər

Orphus sistemi