Azərbaycanın kütləvi kitabxanalarının fondu açıqlanıb

Azərbaycanın kütləvi kitabxanalarının fondu açıqlanıb Ötən il kitabxanalarda 32,6 milyon nüsxə kitab qeydə alınıb
Elm və təhsil
9 dekabr 2016 16:36
Azərbaycanın kütləvi kitabxanalarının fondu açıqlanıb

Bakı 9 dekabr. REPORT.AZ/ Azərbaycanda mövcud kütləvi kitabxanaların fondu ötən il 32,6 milyon nüsxə olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 16,1 milyonu şəhərlərdə, 16,5 milyonu kənd yerlərində qeydə alınıb. Oxucuların sayı 2608 nəfər olub. İl ərzində oxuculara verilən kitab, jurnal və digər ədəbiyyat 36,2 milyon nüsxə təşkil edib.

Hər kitabxanaya düşən kitab, jurnal və digər ədəbiyyat 10 min, oxucuya düşən nəşrlərin sayı 13 nüsxə olub. Bir kitabxanaya düşən oxucuların sayı isə 0,8 min nəfər qeydə alınıb.

Xatırladaq ki, 2000-ci ildə kitabxanaların fondu 38,7 milyon nüsxə olub.  

Son xəbərlər

Orphus sistemi