Azərbaycanın bəzi tibb kolleclərinin diplomları Türkiyədə tanına bilər

Azərbaycanın bəzi tibb kolleclərinin diplomları Türkiyədə tanına bilər Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlıqla bağlı müzakirələr davam etdirilir.
Elm və təhsil
1218
8 İyul , 2021 11:46
Azərbaycanın bəzi tibb kolleclərinin diplomları Türkiyədə tanına bilər
0 : 00
0 : 00

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr davam etdirilir.

“Report”un xəbərinə görə, bu, rəsmi Bakı və Ankaranın iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb.

Sənədə əsasən, 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Sumqayıt Tibb Kollecinin diplomalarının Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən peşə orta təhsili çərçivəsində qiymətləndirməsi üçün danışıqlar aparılacaq.

Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb.

Son xəbərlər

Orphus sistemi