Sabah Azərbaycanın ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

Sabah Azərbaycanın ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır 82 minə yaxın abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib
Elm və təhsil
29 Aprel , 2015 16:04
Sabah Azərbaycanın ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın ali təhsil müəssisələrinə ərizə qəbulunun başa çatmasına bir gün qalıb.

TQDK-dan "Report"a bildirilib ki, bu günə olan məlumata görə 81 579 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 5 407 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

Qeyd edək ki, ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar. 

Son xəbərlər

Orphus sistemi