Azərbaycanın ali təhsil müəssisələrindən birində yeni fakültə yaradılıb, bəzi kafedralar ləğv edilib

Azərbaycanın ali təhsil müəssisələrindən birində yeni fakültə yaradılıb, bəzi kafedralar ləğv edilib Bəzi struktur dəyişiklikləri və yeni təyinatlar da olub
Elm və təhsil
1349
17 Fevral , 2016 10:32
Azərbaycanın ali təhsil müəssisələrindən birində yeni fakültə yaradılıb, bəzi kafedralar ləğv edilib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Universitetində yeni fakültə yaradılıb. Bu barədə "Report"a universitetin İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsindən məlumat verilib. 

Belə ki, ali təhsil müəssisəsində "İnformasiya-kommunikasiya texnologiyaları" fakültəsi yaradılıb. Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, Riyaziyyat və informatika müəllimliyi ixtisasları yeni fakültəyə birləşdirilib.

Fakültənin qarşısında duran əsas vəzifələr qeyd olunan sahələrdə xarici tərəfdaş universitetlərlə birgə kadr hazırlığı və ikili diplom proqramlarının həyata keçirilməsi; sənaye - xidmət müəssisələri və texnoparklarla əməkdaşlığın gücləndirilməsi; elektronik laboratoriyanın fəaliyyətinin təşkili; tələbələrin İT layihələrinə cəlb olunmasıdır.

Elmi şuranın qərarı ilə universitetdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə bəzi struktur dəyişiklikləri və yeni təyinatlar da olub. Belə ki, "İqtisadiyyat və idarətmə" və "Biznes" fakültələri birləşdirilərək "Biznes və İqtisadiyyat" fakültəsi yaradılıb. "Sosial işin təşkili və idarə olunması" və "Biznes inzibatçılığı" kafedraları isə ləğv olunub.

Son xəbərlər

Orphus sistemi