Azərbaycanda yeni ictimai birlik yaradılıb

Azərbaycanda yeni ictimai birlik yaradılıb Birlik elmi araşdırmalar aparılması, müxtəlif kurs və seminarlar, dəyirmi masa, görüşlər, sərgilərin təşkilini də həyata keçirəcək
Elm və təhsil
148
30 Yanvar , 2015 10:47
Azərbaycanda yeni ictimai birlik yaradılıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi təsis edilib. Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, birliyin yaradılmasında əsas məqsəd gənclərin xarici ölkələrdə təhsil proqramlarının təbliği, tələbələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin təşviqi, habelə yaradıcılıq fəaliyyətinin inkişafına yardım göstərməkdir.

Birlik, həmçinin elmi araşdırmalar aparılması, müxtəlif kurs və seminarlar, dəyirmi masa, görüşlər, sərgilərin təşkilini də həyata keçirəcək. Ölkə və xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla müştərək layihələrin təşkili də birliyin fəaliyyət istiqamətinə daxil edilib.

Birliyin təsisçisi və sədri Uçot iqtisad fakültəsinin II kurs tələbəsi Səməd Rzazadədir.

Son xəbərlər

Orphus sistemi