Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyət aradan qaldırılır

Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyət aradan qaldırılır Məsələ Milli Məclisin komitəsində müzakirə olunub
Elm və təhsil
9 Dekabr , 2015 15:13
Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyət aradan qaldırılır

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanda xüsusi qabiliyyət tələb edən müəyyən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyət aradan qaldırılır. "Report" xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, qanunun 22.7-ci maddəsi ləğv edilir.

Təklif olunan dəyişiklik xüsusi qabiliyyət tələb edən müəyyən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur. Bununla da mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı ümumi əsaslarla həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi