Azərbaycanda vaksin olunan və olunmayan müəllimlərin sayı açıqlanıb

Azərbaycanda vaksin olunan və olunmayan müəllimlərin sayı açıqlanıb İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub.
Elm və təhsil
1476
19 Avqust , 2021 14:10
Azərbaycanda vaksin olunan və olunmayan müəllimlərin sayı açıqlanıb

İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub.

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb:

"Onlardan immuniteti olanlar 16 500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək".

Son xəbərlər

Orphus sistemi