​Azərbaycandakı universitetlərin birində işçilərin maaşları artırılıb

​Azərbaycandakı universitetlərin birində işçilərin maaşları artırılıb İşçilərin maaşına hər ay üçün 100 manat əlavə olunacaq
Elm və təhsil
11 Sentyabr , 2015 16:35
​Azərbaycandakı universitetlərin birində işçilərin maaşları artırılıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bəzi işçilərinin maaşları artırılıb. "Report" xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin rektoru İbrahim Cəfərov bildirib.

O qeyd edib ki, 40 yaşa qədər fəlsəfə doktorlarının maaşına hər ay üçün 80 manat, fəlsəfə doktoru olmayan müəllimlərin maaşlarına 60 manat, elmlər doktoru, şöbə müdirlərinin, dekanların və prorektorların maaşlarına 100 manat əlavə olunacaq.

Son xəbərlər

Orphus sistemi