Azərbaycanda universitet müəllimi COVID-19-dan ölüb

Azərbaycanda universitet müəllimi COVID-19-dan ölüb Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov vəfat edib
Elm və təhsil
4 May , 2021 15:54
Azərbaycanda universitet müəllimi COVID-19-dan ölüb

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov vəfat edib.

“Report” xəbər verir ki, o, 70 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, B.Qasımov 1951-ci ildə Ağdamda anadan olub. 1969-cu ildə Bakı şəhərinin 174 saylı orta məktəbini bitirərək həmin ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olub. 1972-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə keçib. Həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə BDU-da kiçik elmi işçi vəzifəsində işə başlayıb. 1984-cü ildən böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildə fəaliyyətini Təhsil Nazirliyinin Elm İdarəsinin rəis müavini, sonra isə Analiz və Proqnoz şöbəsinin rəisi vəzifələrində davam etdirib.

2016-cı ildən isə Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri təyin olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi