Azərbaycanda təhsil sistemində adambaşına maliyyələşməyə keçid planlaşdırılır

Azərbaycanda təhsil sistemində adambaşına maliyyələşməyə keçid planlaşdırılır "Azərbaycanda məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) adambaşı maliyyələşməyə keçidin ümumi təhsil səviyyəsinə daşınması planlaşdırılır".
Elm və təhsil
31 May , 2022 13:06
Azərbaycanda təhsil sistemində adambaşına maliyyələşməyə keçid planlaşdırılır
Emin Əmrullayev

"Azərbaycanda məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) adambaşı maliyyələşməyə keçidin ümumi təhsil səviyyəsinə daşınması planlaşdırılır".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə bir islahatın yaxın 2-3 il ərzində həyata keçirilməsi nəzərdə tutulur: "Bu, prinsip etibarilə daha məntiqli və asan görünür".

Nazir bildirib ki, uşaq bağçalarının infrastruktur tələbi müasir reallıqlara uyğunlaşmalıdır: "Bu sahədə özəl bağçalarla əməkdaşlıq edilə bilər".

Son xəbərlər

Orphus sistemi