Azərbaycanda təhsil sahəsi ilə bağlı yeni mükafat təsis edilib

Azərbaycanda təhsil sahəsi ilə bağlı yeni mükafat təsis edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Elm və təhsil
3 Avqust , 2016 18:35
Azərbaycanda təhsil sahəsi ilə bağlı yeni mükafat təsis edilib

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycanda təhsil sahəsi ilə bağlı yeni mükafat təsis edilib.  

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalaması ilə mümkün olub. 

Sənədə əsasən “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam ləğv edilib. Beləliklə, ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Nazirlər Kabinetinə təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləğini və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilmə prosedurlarını, monitorinqin aparılmasını, hesabat və qiymətləndirmə üzrə tələbləri üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat vermək, Prezident aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində məlumat vermək, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi