Azərbaycanda seçkilərin tarixi ilə bağlı toplu nəşr ediləcək

Azərbaycanda seçkilərin tarixi ilə bağlı toplu nəşr ediləcək
Elm və təhsil
15 Noyabr , 2017 17:00
Azərbaycanda seçkilərin tarixi ilə bağlı toplu nəşr ediləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclası açan MSK sədri Məzahir Pənahov Azərbaycanda seçkilərin tarixi ilə bağlı toplunun nəşr ediləcəyini deyib.

Tarixi toplunun "Xəbərlər" jurnalnın redaksiya şöbəsində hazırlanması təklif olunub. Təklif qəbul edilib. 

İclasda həmçinin bəzi seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə də baxılıb.

İclas öz işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.