Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Elm və təhsil
19 Sentyabr , 2022 15:06
Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı bu sərəncama əlavəyə uyğun olaraq Elm və Təhsil Nazirliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi