Azərbaycanda ilk dəfə onlayn jest dili lüğəti yaradılıb

Azərbaycanda ilk dəfə onlayn jest dili lüğəti yaradılıb Azərbaycanda ilk dəfə onlayn jest dili lüğəti yaradılıb
Elm və təhsil
24 Sentyabr , 2021 12:06
Azərbaycanda ilk dəfə onlayn jest dili lüğəti yaradılıb

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi ilə yaradılan “jestdili.az” saytının təqdimatı keçirilib.

Birlikdən "Report"a verilən məlumata görə, 23 sentyabr Beynəlxalq Jest Dilləri Günündə baş tutan təqdimat mərasiminə Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Nar”ın nümayəndələri, layihə iştirakçıları qatılıblar.

Tədbirdə “Karlara dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, dosentlər və müəllim heyəti, ‘Karlara Dəstək” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldığı və ümumilikdə 3000-ə yaxın sözün jest dilinə tərcümə edildiyi bildirilib. Eşitmə və niqt məhdudiyyəti olan insanlar tərəfindən jestlərlə ifadə edilən sözlər “www.jestdili.az” saytında foto və video formatda yerləşdirilib.

Təqdimat mərasimində edilən bütün çıxışlar eyni zamanda jest dilinə də tərcümə edilərək qonaqların diqqətinə çatdırılıb.

Xatırladaq ki, layihənin məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olma qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.

Son xəbərlər

Orphus sistemi