​Azərbaycanda İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv olunub

​Azərbaycanda İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv olunub Dəyişiklik "ADA" Universitetinin təklifi nəzərə alınaraq edilib
Elm və təhsil
10 Mart , 2016 16:01
​Azərbaycanda İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv olunub

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.

"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişiklik "ADA" Universitetinin təklifi nəzərə alınaraq edilib.

Dəyişikliyə əsasən, təsnifatın "Texniki və Texnoloji İxtisaslar Qrup"unda yer alan İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv edilib.

Əvəzində isə İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisasları yaradılıb.

Son xəbərlər

Orphus sistemi