Azərbaycanda gözləri görməyən müəllim diaqnostik qiymətləndirmədə yüksək bal toplayıb - FOTO

Azərbaycanda gözləri görməyən müəllim diaqnostik qiymətləndirmədə yüksək bal toplayıb - FOTO Beydulla İsgəndərov 60 mümkün baldan 53-nü toplayaraq yüksək nəticə göstərib
Elm və təhsil
124
16 May , 2017 11:22
Azərbaycanda gözləri görməyən müəllim diaqnostik qiymətləndirmədə yüksək bal toplayıb - FOTO
Report.az

Zaqatala. 16 may. REPORT.AZ/ Zaqatala rayonunda gözləri görməyən müəllim diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 12-16 may tarixlərində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində Zaqatala rayonunun Suvagil kənd tam orta məktəbinin 56 yaşlı gözdən əlil tarix müəllimi Beydulla İsgəndərov 60 mümkün baldan 53-nü toplayaraq yüksək nəticə göstərib.

12 mindən çox müəllimin iştirak etdiyi imtahanda gözləri görməyən B.İsgəndərov bir nəfər köməkçi vasitəsilə sualları dinləyib və 90 dəqiqəlik imtahan müddətinin yalnız 45 dəqiqəsindən istifadə etməklə vaxtından əvvəl imtahanı müvəffəqiyyətlə başa vurub.

27 il pedaqoji fəaliyyətlə məşğul olan gözdən əlil müəllim "Brayl" əlifbası vasitəsilə yazır və oxuyur. Gözləri tamamilə görməyən müəllim heç kimin köməyi olmadan məktəbə gedir, dərsdən sonra isə həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olur.