Azərbaycanda daha üç məktəb distant təhsilə keçib

Azərbaycanda daha üç məktəb distant təhsilə keçib Artıq məktəb rəhbəliyi şagird və valideynləri xəbərdar edib
Elm və təhsil
607
24 Aprel , 2021 13:52
Azərbaycanda daha üç məktəb distant təhsilə keçib

Ağdaş rayonunda daha üç orta məktəb distant təhsilə keçib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəb və ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü humanitar gimnaziyada müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən aprelindən 24-dən etibarən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin tədris ocaqlarında dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Artıq məktəb rəhbəliyi şagird və valideynləri xəbərdar edib. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəblərin girişi və bütün otaqları, idman zalları dezinfeksiya edilib.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində Ağdaş rayonu üzrə təhsil müəssisələrində bu günə kimi 60-a yaxın şagirddə və 30-dan çox müəllimdə COVID-19 virusu aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi