Azərbaycanın universitetlərindən birində monitorinq keçirildi

Azərbaycanın universitetlərindən birində monitorinq keçirildi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akkreditasiya olunmuş 5 (beş) filialının monitorinqi həyata keçirilib
Elm və təhsil
2038
24 Fevral , 2021 10:36
Azərbaycanın universitetlərindən birində monitorinq keçirildi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akkreditasiya olunmuş 5 (beş) filialının monitorinqi həyata keçirilib.

"Report" xəbər verir ki, monitorinqin həyata keçirilməsində məqsəd akkreditasiya qiymətləndirilməsi zamanı Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icra vəziyyətinin məsafədən qiymətləndirilməsi olub.

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq monitorinq məsafədən və akkreditasiya sonrası filiallar tərəfindən təqdim edilən tədbirlər planlarının əsasında aparılıb.

Monitorinq zamanı tövsiyələrin icrasından məsul struktur bölmə rəhbərləri eləcə də filialların direktorları ilə müsahibələr təşkil olunub. Müsahibələrin nəticəsi və eyni zamanda filialların təqdim etdiyi təsdiqləyici sənədlərin əsasında Akkreditasiya Kommissiyalarının yekun hesabatlarında verilmiş tövsiyələrin icra vəziyyəti qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən təhsil müəssisələri akkreditasiya sonrası Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrası ilə bağlı fəaliyyət planı hazırlayaraq təsdiq üçün Agentliyə təqdim edir. Agentlik isə həmin fəaliyyət planının icrasına nəzarət edərək illik hesabatları təhlil edir.

Son xəbərlər

Orphus sistemi