Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq

Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə və Təhsil Nazirliyinə tapşırıq verilib
Elm və təhsil
27 Noyabr , 2017 19:32
Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsi üzrə ixtisaslar yaradılacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sərəncamla Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinə 2016-2025-ci illərdə peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsində ixtisaslı kadr hazırlığının təşkili, qəbul planının əmək bazarının tələblərinə uyğunlaşdırılması tapşırılıb.

Son xəbərlər

Orphus sistemi