​Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb

​Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb Qərarı baş nazir Artur Rasi-zadə imlazalayıb
Elm və təhsil
15 Mart , 2016 15:16
​Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edib.

"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişiklik ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların artırılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, təsnifatın "Humanitar və sosial ixtisaslar qrupu"nun Jurnalistika bölməsinə Media və kommunikasiya sistemləri və Televiziya və radio yayımları menecmenti ixtisasları əlavə edilib.

"Mədəniyyət və incəsənət ixtisasları qrupu"nun Xoreoqrafiya sənəti bölməsinə isə Rəqs sənəti üzrə müəllim-tədqiqatçı ixtisası artırılıb.

Bundan başqa, "Texniki və texnoloji ixtisaslar qrupu"nun Kosmik texnika və texnologiyalar mühəndisliyi bölməsinə Kosmik infokommunikasiya texnologiyaları və Kosmik aparatlar və idarəetmə sistemləri ixtisasları əlavə olunub.

Son xəbərlər

Orphus sistemi