​Azərbaycanda 300-ə qədər elmi jurnal nəşr olunur

​Azərbaycanda 300-ə qədər elmi jurnal nəşr olunur AMEA elmi jurnalların beynəlxalq bazalara inteqrasiyası səviyyəsinin yüksəldilməsi üçün təkliflər hazırlayacaq
Elm və təhsil
14 Oktyabr , 2015 20:38
​Azərbaycanda 300-ə qədər elmi jurnal nəşr olunur

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti müzakirə olunub.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev bildirib ki, müasir dövrdə Thomson Reuters Agentliyinin Biliklər Bazası, bu bazanın imkanları, həmçinin bazaya daxil olan elmi jurnalların seçilmə meyarları onların fəaliyyətinin dəyərləndirilməsində ən mötəbər mənbədir.

Qeyd olunub ki, Azərbaycanda dərc olunan, Thomson Reuters Agentliyinin Biliklər Bazasına daxil olan 3 elmi jurnal haqqında informasiyalara əsasən, "Applied and Computational Mathematics" jurnalı hələ də təsir əmsalına malik yeganə Azərbaycan jurnalıdır. Həmçinin, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin "Nəzəri və tətbiqi riyaziyyat" jurnalı və Xəzər Universitetinin "Xəzər Humanitar və Sosial Elmlər" jurnalı Thomson Reuters daxilində yaradılmış “Emerging Sources Citation Index” bazasında yer alıb.

Azərbaycanda 300-ə qədər elmi jurnalın dərc olunduğunu deyən akademik bunlardan yalnız 18-nin seçim üçün Thomson Reuters Agentliyinin Biliklər Bazasının texniki kriteriyalarını ödədini vurğulayıb. Rəyasət Heyəti Azərbaycanda elmi nəşrlərin, xüsusilə AMEA-nın elmi jurnallarının beynəlxalq bazalara inteqrasiyası səviyyəsinin yüksəldilməsi üçün təkliflər hazırlanmasını qərara alıb.

Son xəbərlər

Orphus sistemi