Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə konfrans keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə konfrans keçiriləcək Elmi Şurada AXC-nin 100 illik yubileyi haqqında” Sərəncamının və AMEA Rəyasət Heyətinin tədbirlər planı müzakirə edilib
Elm və təhsil
6 İyul , 2017 19:57
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə konfrans keçiriləcək

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə konfrans keçirəcək. 

Bu barədə “Report”a institutdan məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti: sosial-iqtisadi islahatlar” adlı kollektiv monoqrafiyanın çapı da nəzərdə tutulur. Bu barədə qərar İqtisadiyyat İnstitutunun Elmi Şurasının İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Elmi Şurada Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında” 16 may 2017-i il tarixli Sərəncamının və AMEA Rəyasət Heyətinin bununla bağlı müvafiq qərarının icrası ilə əlaqədar tədbirlər planı müzakirə edilib. Planlaşdırılan tədbirlər barəsində İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov məlumat verib.

Elmi Şura tərəfindən də təsdiqlənən plana əsasən AXC-nin 100 illik yubileyi əlaqədar 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti: sosial-iqtisadi islahatlar” mövzusunda konfransın keçirilməsi (aprel ayında), “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadiyyatı” mövzusunda elmi məqalələrin hazırlanması və nəşr olunması (il boyu), AXC-nin fəaliyyəti ilə bağlı KİV-də yazıların verilməsi (il boyu), “Azərbaycan Xalq Cümhuriyyəti: sosial-iqtisadi islahatlar” adlı kollektiv monoqrafiyanın çap etdirilməsi, İnstitutun “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının xüsusi bir buraxılışının AXC-yə həsr olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi