Azərbaycan və Ukrayna diplomların və elmi adların qarşılıqlı tanınması ilə bağlı görüş keçirəcək

Azərbaycan və Ukrayna diplomların və elmi adların qarşılıqlı tanınması ilə bağlı görüş keçirəcək Tədbirin təşkili üçün hazırlıq gedir
Elm və təhsil
224
14 Aprel , 2021 13:19
Azərbaycan və Ukrayna diplomların və elmi adların qarşılıqlı tanınması ilə bağlı görüş keçirəcək

Azərbaycan və Ukrayna Təhsil Sənədlərinin və Elmi Adların Qarşılıqlı Tanıması və Ekvivalentliyi üzrə Birgə Ekspert Komissiyasının onlayn iclasını keçirmək barədə razılığa gəlib.

Bu barədə “Report”a Ukraynanın Təhsil və Elm Nazirliyindən bildiriblər.

“Tədbirin təşkili üçün hazırlıq gedir. Ötən il sentyabrın 24-də Ukraynanın təhsil və elm naziri Serhiy Şkarletin və Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın iştirakı ilə iki ölkənin təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığının problemli məsələlərini həll etmək üçün görüş baş tutub. Onlar Təhsil Sənədlərinin və Elmi Adların Qarşılıqlı Tanıması və Ekvivalentliyi üzrə Birgə Ekspert Komissiyasının onlayn iclasının keçirilməsi ilə bağlı razılaşıblar”, - nazirlikdən deyiblər.

Marina Qonçaruk

Son xəbərlər

Orphus sistemi