Azərbaycan və Udmurtiya Respublikası arasında elmi-texniki və humanitar əməkdaşlıq haqqında saziş imzalanacaq

Azərbaycan və Udmurtiya Respublikası arasında elmi-texniki və humanitar əməkdaşlıq haqqında saziş imzalanacaq Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanın elm adamları və hökumət nümayəndələrindən ibarət nümayəndə heyəti elm sahəsinə aid məsələləri müzakirə etmək üçün Rusiyanın Udmurtiyə Respublikasındadırlar.
Elm və təhsil
26 İyul , 2018 10:42
Azərbaycan və Udmurtiya Respublikası arasında elmi-texniki və humanitar əməkdaşlıq haqqında saziş imzalanacaq
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanın elm adamları və hökumət nümayəndələrindən ibarət nümayəndə heyəti elm sahəsinə aid məsələləri müzakirə etmək üçün Rusiyanın Udmurtiyə Respublikasındadırlar.

"Report" Respublikanın başçısı və hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Federal Araşdırma Mərkəzinin Udmurtiya bölməsi arasında arasında elmi-texniki və humanitar əməkdaşlıq haqqında saziş imzalanacaq.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyətinə Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli başçılıq edir.

Nümayəndə heyəti regiondakı işini iyulun 29-da başa vuracaq. Heyətin orada olduğu müddətdə Udmurtiya hökumətinin nümayəndələri görüşlər keçiriləcəyi, hər iki respublikanın jurnalistlər ittifaqları arasında əməkdaşlıq memorandumunun imzalanacağı, Əbədi məşələ gül dəstələri qoyulacağı, Sarapula ekskursiya, "Buranovo nənələri" ilə görüş keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi