Azərbaycan və Türkiyənin Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Türkiyənin Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb Memorandumda birgə simpozium, konfrans və müxtəlif tədbirlərin təşkili, kadr hazırlığı kimi müddəalar öz əksini tapıb
Elm və təhsil
11 Noyabr , 2015 11:08
Azərbaycan və Türkiyənin Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.

AMEA prezidenti, akademik Akif Əlizadə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Əhməd Cavad Acarla görüşüb.

Görüşdə AMEA ilə TÜBA arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müxtəlif istiqamətlərdə qarşılıqlı elmi təcrübə mübadiləsinin təşkili, beynəlxalq akademik qurumlarla növbəti layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

Görüş çərçivəsində AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Memorandumda elmi-texnoloji əməkdaşlıq sahəsində möhkəm əlaqələr qurmaq üçün birgə simpozium, konfrans və müxtəlif tədbirlərin təşkili, kadr hazırlığı və alimlər arasında təcrübə mübadiləsi aparmaq kimi müddəalar öz əksini tapıb.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.

Son xəbərlər

Orphus sistemi