Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə Elmi və Ədəbi Yazıçılar İttifaqının (İLESAM) sədri Nuri Parmaksız və onun müavini İlter Türkay Azərbaycanda səfərdədir.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm şöbəsindən "Report"a bildiriblər ki, səfərin məqsədi Azərbaycan Yazıçılar birliyi ilə əməkdaşlıq haqqında protokolun imzalanmasıdır.
Protokola əsasən, Azərbaycan və Türkiyənin elmi və ədəbi əsərləri iki ölkənin dilinə tərcümə olunacaq.
Bundan başqa, İLESAM nümayəndə heyəti Azərbaycan Dövlət Kitabxanası, Elmlər Akademiyasının Folklor İnstitutu, Bəstəkarlar İttifaqı, "Müəllif hüquqları" ictimai birlik və digər qurumlarda da olacaq.
Səfər fevralın 6-a qədər davam edəcək.