Azərbaycan universitetinə Yaponiya haqqında kitablar ianə edilib

Azərbaycan universitetinə Yaponiya haqqında kitablar ianə edilib 2021-ci ilin aprelindən bu günə qədər 138 ölkənin 1 066 qurumuna kitab təqdim edilib
Elm və təhsil
24 May , 2021 14:55
Azərbaycan universitetinə Yaponiya haqqında kitablar ianə edilib

Bu gün Qərbi Kaspi Universitetində “Yaponiya Fondu” (The Nippon Foundation) tərəfindən kitab ianəsi mərasimi təşkil olunub.

“Report” xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cüniçi Vada iştirak edib.

“Yaponiya Fondu” 2008-ci ildən etibarən Yaponiya haqqında ingilis dilində yazılmış kitabları seçərək Yaponiya haqqında anlayışı artırmaq məqsədi ilə dünyanın müxtəlif ölkələrində yerləşən kitabxana və araşdırma mərkəzlərinə bağışlayır.

2021-ci ilin aprelindən bu günə qədər 138 ölkənin 1 066 qurumuna kitab təqdim edilib. Bugünkü mərasimdə də bunun bir hissəsi olaraq Qərbi Kaspi Universitetinə kitablar bağışlanıb.

Son xəbərlər

Orphus sistemi