Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib.