Azərbaycan Texniki Universitetində struktur dəyişikliyi olub

Azərbaycan Texniki Universitetində struktur dəyişikliyi olub Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində (AzTU) struktur dəyişikliyi olub.
Elm və təhsil
22 May , 2018 16:24
Azərbaycan Texniki Universitetində struktur dəyişikliyi olub
Report
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində (AzTU) struktur dəyişikliyi olub.

AzTU-dan "Report"a bildirilib ki, universitetin Elmi Şurasının qərarı ilə Beynəlxalq əlaqələr şöbəsi və Xarici tələbələr üzrə dekanlığın bazasında yeni struktur - Beynəlxalq əlaqələr departamenti yaradılıb.

AzTU-nun Beynəlxalq əlaqələr departamenti müasir ali təhsil prinsiplərinə və müasir təhsil-marketinq trendlərinə əsaslanaraq təşkil olunub. Ümumilikdə, 3 şöbədən – Xarici universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, Əcnəbi tələbələrin təhsili və Layihələr və mübadilə proqramları şöbələrindən ibarət olan departamentin əsas misiyası AzTU-nu brend universitetə çevirməkdir.

O cümlədən universitetin müxtəlif beynəlxalq əməkdaşlıqlarda və layihələrdə iştirakını təşkil və koordinasiya etməklə ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunu artırmaq, yüksəkkeyfiyyətli təhsil verilməsini təmin etmək, eləcə də elmi tədqiqat işlərinin beynəlxalq sferaya çıxarılması departamentin qarşısında məqsəd kimi qoyulub. Professor-müəllim heyətinin beynəlxalq əməkdaşlıqlara cəlbi, beynəlxalq əməkdaşlıqlar proqramlarının formalaşdırılması, tələbələrin xarici ölkələrdə təhsilinin, əməkdaşların isə təcrübəsinin təşkil edilməsi və xarici tələbələrin AzTU-ya cəlb olunması yeni yaradılan departamentin əsas vəzifələri olaraq müəyyən edilib. Universitetin Elmi Şurası tərəfindən təsdiq olunan 8 bölmədən, 36 maddədən ibarət Əsasnamədə bunlarla yanaşı yeni yaradılan departamentin funksiyaları və əlaqələri, informasiya təminatı, işinin təşkili, eləcə də hüquqları, əməkdaşların vəzifələri də əks olunub.

Son xəbərlər

Orphus sistemi