​Azərbaycan Təhsil Nazirliyi: Ümumtəhsil məktəblərində tədris ili mayın 31-də bitəcək

​Azərbaycan Təhsil Nazirliyi: Ümumtəhsil məktəblərində tədris ili mayın 31-də bitəcək Baş nazirin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklik gələn ildən tətbiq ediləcək
Elm və təhsil
5 Noyabr , 2014 13:49

Bakı. 5 noyabr. REPORT.AZ/ “Ümumtəhsil məktəblərində 2014-2015-ci tədris ili 2015-ci ilin mayın 31-də bitəcək”. Bunu “Report”a Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, baş nazir Artur Rasizadənin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklik gələn ildən tətbiq ediləcək.

Xatırladaq ki, baş nazir Artur Rasizadə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qərar imzalayıb. Dəyişikliyə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun.

Həmçinin, dərs ili ərzində bu tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə daha 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi