Azərbaycan növbəti üç ildə İSESCO-nun Baş Konfransına sədrlik edəcək

Azərbaycan növbəti üç ildə İSESCO-nun Baş Konfransına sədrlik edəcək Səudiyyə Ərəbistanının nümayəndəsi sədrliyi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayeva təhvil verib
Elm və təhsil
89
26 Noyabr , 2015 14:02
Azərbaycan növbəti üç ildə İSESCO-nun Baş Konfransına sədrlik edəcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan növbəti üç ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransına sədrlik edəcək. "Report" xəbər verir ki, Azərbaycan nümayəndəsi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurumun Bakıda keçirilən iclasında sədr seçilib. 

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının Azərbaycandan əvvəlki sədri Səudiyyə Ərəbistanı olub. Bu ölkənin ali təhsil nazirinin müavini Muhəmməd İbn Abdulləziz əl-Buhali sədrliyi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayeva təhvil verib.