​“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb

​“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb Bu, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabıdır
Elm və təhsil
5 Fevral , 2016 15:55
​“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb

Bakı. 5 fevral. REPORT.AZ/ “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb. 

"Report" xəbər verir ki, bu, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabıdır.

Azərbaycan ədəbiyyatının 1920-ci illərə qədər dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər bir kontekst daxilində toplanıb.

Kitabda Azərbaycanın söz sənətkarlarının ayrı-ayrı dinlərə, dillərə mənsub, xalqlara məxsus alimlərə, yazarlara sonsuz ehtiramının təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. 

Son xəbərlər

Orphus sistemi