"Azərbaycan multikulturalizmi" fənninin tədrisi sahəsində olan problemlər açıqlanıb

"Azərbaycan multikulturalizmi" fənninin tədrisi sahəsində olan problemlər açıqlanıb Əyyub Kərimov: "Dərs saatlarının azlığı və dərsliklərin çatışmazlığı problemlərə yol açır"
Elm və təhsil
3 Aprel , 2017 19:20
Azərbaycan multikulturalizmi fənninin tədrisi sahəsində olan problemlər açıqlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində respublikanın 40, dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.

BBMM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Texniki Universitetində fənni tədris edən Əyyub Kərimov bildirib ki, universitetdə magistratura səviyyəsində “Azərbaycan multikulturalizmi”, bakalavr səviyyəsində isə “Multikulturalizmə giriş” fənni 2015-ci ildən tədris olunur.

O qeyd edib ki, universitetdə “Azərbaycan multikulturalizmi“ fənni birinci kurs magistrlarının bütün ixtisaslarına tədris olunur: "Bakalavr səviyyəsində isə “Multikulturalizmə giriş” fənni seçmə fənn blokuna daxil olmaqla hər fakültədən (cəmi səkkiz fakültə ) bir qrup olmaqla ikinci kursun ikinci semestrində tədris olunur. Bakalavr səviyyəsində mühazirədə auditoriyada təxminən 70-75 tələbə iştirak edir".

Əyyub Kərimov bildirib ki, fənnə ayrılan saatların miqdarının həddən artıq azlığı, eyni zamanda dərs vəsaitlərinin çatışmazlığı tədrislə bağlı problemlərə yol açır.

Onun sözlərinə görə, "Azərbaycan multikulturalizmi” dərsliyinin çapını gözləyirlər.  

Son xəbərlər

Orphus sistemi