Azərbaycan məktəblərində 5 günlük qış tətili başlayıb

Azərbaycan məktəblərində 5 günlük qış tətili başlayıb Məktəblərdə dərslər fevralın 1-də başlayacaq
Elm və təhsil
27 Yanvar , 2018 00:00
Azərbaycan məktəblərində 5 günlük qış tətili başlayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gündən Azərbaycan məktəblərində 2017-2018-ci dərs ilinin 5 günlük qış tətili başlayıb.

“Report”un məlumatına görə, tətil yanvarın 31-dək davam edəcək.

Məktəblərdə dərslər fevralın 1-də başlayacaq. 

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

Qeyd edək ki, Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə də məktəblilər dərsə getməyəcəklər.

Son xəbərlər

Orphus sistemi