​"Azərbaycan-Macarıstan: qarşılıqlı əlaqələrin dinamikası" adlı məlumat-sorğu kitabı çap edilib

​"Azərbaycan-Macarıstan: qarşılıqlı əlaqələrin dinamikası" adlı məlumat-sorğu kitabı çap edilib Kitab Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsüylə işıq üzü görüb
Elm və təhsil
9 Fevral , 2015 19:48
​Azərbaycan-Macarıstan: qarşılıqlı əlaqələrin dinamikası adlı məlumat-sorğu kitabı çap edilib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyi iki ölkə arasındakı əlaqələrin xronologiyasını özündə əks etdirən "Azərbaycan-Macarıstan: qarşılıqlı əlaqələrin dinamikası" adlı iki hissəli məlumat-sorğu kitabı çap edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, hər növbəti ilin sənəd və materialları əsasında hazırlanan və artıq 7-ci cildi çap olunan bu məlumat-sorğu kitablarında Azərbaycan və macar mətbuatında dərc olunmuş materiallar əsasında il ərzində iki ölkənin siyasi, iqtisadi, humanitar, turizm və diplomatiya sahələrindəki əməkdaşlığı öz əksini tapıb, qarşılıqlı səfərlərə və qəbul olunan sənədlərə xüsusi diqqət yetirilib.

Son xəbərlər

Orphus sistemi