Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası ( AMEA) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Belə ki, qurultay AMEA, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də baş tutacaq.
İclasda qurultayın təşkil edilməsi üzrə məsul şəxs və İşçi Qrupun müəyyənləşdirilməsi, AMEA Gənc Alim və Mütəxəssislər Şurası, həmçinin elmi-tədqiqat müəssisələrinin müvafiq təşkilatlarının iclaslarında müzakirə əsasında formalaşan rəy və təkliflərin Təşkilat Komitəsinə təqdim edilməsi ilə bağlı da qərar qəbul olunub.