Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına başlanıb

Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına başlanıb Amerikalı seysmoloqların iştirakı ilə artıq Neftçala, Hacıqabul, Qusar, Göyçay rayolarında müvəqqəti seysmik stansiyalar quraşdırılıb
Elm və təhsil
30 May , 2017 16:46
Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına başlanıb

Bakı. 30 may. REPORT.AZ/ "Qafqaz seysmik şəbəkəsi: "Böyük və Kiçik Qafqazın strukturu və üstəgəlməsi proqramı" çərçivəsində Azərbaycanda seysmotomoqrafiya işlərinin aparılmasına başlanıb.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Amerikalı seysmoloqların iştirakı ilə artıq Neftçala, Hacıqabul, Qusar, Göyçay rayolarında müvəqqəti seysmik stansiyalar quraşdırılıb.

RSXM-nin baş direktoru Qurban Yetirmişli və RSXM əməkdaşları ilə yanaşı amerikalı mütəxəssislər Sandvol Eric Alan, ABŞ-ın Missuri Universitetinin professoru və həmin institutun əməkdaşı Gunnels Michael James də stansiyaların quraşdırılması işlərində iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi