Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunmasına görə Cənubi Qafqazda liderdir

Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunmasına görə Cənubi Qafqazda liderdir MDB üzrə isə ilk üçlüyə daxil olub
Elm və təhsil
28 Sentyabr , 2016 18:04
Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunmasına görə Cənubi Qafqazda liderdir

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan 2015-2016-cı illərə görə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında tutduğu yerlə müqayisədə 3 pillə irəliləyərək, 2016-2017-ci illərə görə olan Hesabatda 138 dövlət arasında 4.55 balla 37-ci yeri tutub.

Müəllif Hüquqları Agentliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Əqli Mülkiyyət Hüquqlarının qorunması göstəricisinə görə 71-ci yeri tutaraq, MDB üzrə ilk üçlüyə daxil olub, Cənubi Qafqaz ölkələri arasında lider dövlət olub. Müqayisə üçün deyək ki, bu indeks üzrə Ermənistan 84-cü, Gürcüstan isə 99-cu yeri tutub. Azərbaycan bu göstəriciyə görə Avropa dövlətlərindən Macarıstanı (85-ci yer), Xorvatiyanı (87), Bolqarıstanı (116) və Bosniya-Hersoqovinanı (132) geridə qoyub.

İnnovasiyalara görə, Azərbaycan 44-cü yeri tutaraq, Tacikistanı (46), Rusiyanı (56), Ukraynanı (52), Qazaxıstanı (59), Ermənistanı (87), Gürcüstanı (116), Qırğızıstanı (123) və Moldovanı (133) geridə qoyub və bu göstərici üzrə MDB-də 1-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi