​Azərbaycan Dillər Universitetində maaşlar artırılıb

​Azərbaycan Dillər Universitetində maaşlar artırılıb Artım Elmi Şuranın qərarına əsasən həyata keçirilib
Elm və təhsil
3 Fevral , 2016 15:08
​Azərbaycan Dillər Universitetində maaşlar artırılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) məvaciblər artırılıb.

ADU-dan "Report"a verilən məlumata görə, artım təhsil ocağının Elmi Şurasının qərarına əsasən həyata keçirilib.

"Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən zaman Elmi Şuranın qərarına əsasən universitetdə çalışan 300 nəfərə yaxın əməkdaşların (laborant, baş laborant, mütəxəssis, baş mütəxəssis, xadimə, rejissor, fotoqraf və sair), həmçinin universitetdə aylıq əməkhaqqı az olan əməkdaşların maaşları fevral ayının 1-dən etibarən artımla veriləcək. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir. Heç bir ADU əməkdaşı heç zaman diqqətdən kənarda qalmır. Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir", - deyə universitetdən bildirilib.

Son xəbərlər

Orphus sistemi