Bakı. 29 fevral. REPORT.AZ/ "Azərbaycan dilinin orfoqrafiya lüğətində olan 110 min sözün təxminən 40 mini qondarmadır". "Report" xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyasının 2015-ci il üzrə hesabat məruzəsində deyib.
Onun sözlərinə görə, lüğət "ab" sözü ilə başlayır: "Aba, abadan, abadanlaşdırma və s... kimi sözlərin mənasını Azərbaycanda çox az adam bilir".
N.Cəfərovun fikirlərinə cavab olaraq komissiyanın sədr müavini Sayalı Sadıqova deyib ki, lüğəti komissiya deyil Dilçilik İnstitutu hazırlayır: "Qeyd edim ki, hər 5 ildən bir lüğət hazırlanır. Növbəti nəşrlərdə bütün fikirlər nəzərə alınacaq".